Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb
07
sen
2026
23:03
Cəlilabad rayonunda irigövdəli ağac avtomobilin üzərinə aşıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, güclü külək nəticəsində irigövdəli ağac yolda hərəkətdə olan "Ford Transit" markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, sözügedən yolun digər istiqamətlərində də 30-a yaxın irigövdəli ağaclar yola aşıb.
Oxşar xəbərlər
Cəlilabadda 10 hektar ərazi yandı
Cəlilabad rayonunda ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb. BAKU.WS xəbər verir ki, yanğın Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında yerl...