Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu
28
avq
2026
20:47
Avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib.
BAKU.WS Bizim.media-ya istinadən xəbər verir ki, Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı - Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib.
Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü ərizə ilə müraciət edib.
Məlumata görə, o, ötən gün kollektivlə vidalaşıb.
Oxşar xəbərlər
Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb
Almaniyanın Essen şəhərində narkotik cinayətlərinə görə məhkum edilmiş türkiyəli Diyar Gündüz tibbi müayinə zamanı silahlı şəxslərin köməyi ilə mühafizəçilərin...