"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb
Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, həmin şəxs dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Şəxsin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.
Oxşar xəbərlər
6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar
Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Bu barədə BAKU.WS-ə...