Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır
Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir.
Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanaraq qarşısı alınıb.
Belə ki, Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyi bir daha vətəndaşların diqqətinə çatdırır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...