Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldılar
İyul ayının 30-da dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, iyul ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslamdan Azərbaycan Respublikası istiqamətində iki nəfər Əfqanıstan vətəndaşı - 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Oxşar xəbərlər
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da...