Dostunun canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu
"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Zəngilan rayon sakini 1984-cü il təvəllüdlü Habil Həsənov "TikTok" platformasında dostuna məxsus "Məmmədov Səmiyyədin" adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.
H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Bu yolda sürücülər böyük çuxura düşür
Avtobus yolda yaranmış böyük çuxura düşüb... Sürücü çətin vəziyyətlə üzləşib... BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, digər nəqliyyət vasitələrinin...