Doğuşdan sonra ölən ananın yaxınları: "Həkimlər arxa qapıdan qaçdı"
İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Şəbnəm Kərimova Sabirabad Perinatal Mərkəzində doğuşdan sonra ölüb. Yenidoğulmuş oğlan uşağı isə sağ qalıb.
Həyatını itirən ananın qohumları jurnalistlərə açıqlama verərək bildiriblər ki, həkimlər Şəbnəm Kərimovanın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməsindən imtina edərək təbii doğuş məsləhət görüblər.
"Uşaq doğulandan sonra gəlib muştuluq verdilər. Sonra getdilər, daha heç bir məlumat vermədilər. Polis gələndə bildik ki, qızımız artıq yoxdur. Həkimlərin hamısı arxa qapıdan qaçdı", - deyə onlar deyiblər.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Sumqayıtda yaşayış binasında yanğın baş verib
Sumqayıtda yanğın hadisəsi baş verib. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı məhəlləsində yerləşən yaşayış binasının 16-cı mərtəbəsin...