DİN kibertalamalarla bağlı əhaliyə çağırış edib

DİN kibertalamalarla bağlı əhaliyə çağırış edib
Hadisə 145

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı əhaliyə çağırış edib.

Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, sələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək "mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin" deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər:

"Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər. Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur".

Məlumatda qeyd edilib ki, bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər:

"Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıb

Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıb

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlum...

14 Hadisə 10:10 06 iyun 2026

Son xəbərlər