DİN əməliyyatlar keçirib, 27 kiloqram narkotik aşkarlanıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatlar nəticəsində 27 kiloqram narkotik aşkarlanıb.
Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.
Bildirilib ki, Bakının Xəzər rayonunda, Abşeron və İmişli rayonlarında keçirilən sonuncu əməliyyatlar zamanı narkokuryerlər - 56 yaşlı Kamil Hüseynzadə, 48 yaşlı Eldəniz Musayev və 44 yaşlı Rəşad İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 27 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən saxlanılan şəxslər narkotik vasitələrin satışını təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
Gənc oğlanın meyiti evin həyətində aşkarlandı
Biləsuvar rayonunda kişi meyiti tapılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, səhər saatlarında kən...