Daha bir tiktoker ev dustaqlığına buraxıldı
Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh life" ləqəbli tiktoker Rövşən Təhməzovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Vəsatət təmin edilib və onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalından azad edilib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə təqsirli bilinən Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.
Oxşar xəbərlər
Bərdədə canavarlar 50-yə yaxın xırdabuynuzlu heyvanı tələf etdi
Bərdə rayonunda canavarların fərdi təsərrüfata hücumu nəticəsində xeyli sayda xırdabuynuzlu heyvan tələf olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, h...