Daha bir rayonda ehsan ləğv edildi
22
iyl
2025
17:56
Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Teleqraf"a Kürdəmir şəhər Cümə məscidinin imamı Aqil Əliyev bildirib.
Onun sözlərinə görə, ağsaqqallar və din xadimləri birlikdə belə bir qərara gəliblər.
"Artıq iki aydır ki, rayonumuzda yas məclislərində yemək verilmir. Yas məclisləri öz qaydasında təşkil olunur, halva və çay verilir, sadəcə yemək verilməsi yığışdırılıb", - deyə o bildirib.
Qeyd edək ki, 10 gün əvvəl Sabirabad şəhəri və kəndlərində də yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilmişdi.
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...