"İçkili halda nə etdiyimi bilməmişəm" - 9 il azadlıqdan məhkum olan meyxanaçı - VİDEO

05
fev
2018
16:18
ARB TV-nin "Rezonans" verilişində Sahib Dadaşovun həbsxana hekayələrini təqdim edirik.Sahib Dadaşov (cəzası 9 il): "Meyxanaçı kimi el şənliklərində iştirak edirdim. Ailəliyəm, 1 oğlum var. Dostlarımla parkda oturmuşduq. İçkili idik. Qarşıdan 3 nəfər gəlirdi, 2-si ayrıldı biri bizə tərəf gəlirdi. Dostlarımla yaxınlaşdıq, dedim ki, telefonu mənə ver sabah qaytaracam. O da qorxusundan verdi. Səhər ayılanda görürəm ki, telefon mənim deyil. Telefonu cibimə qoyub həmin parka getdim. Elə orada polis gəlib məni tutdu. İçkili halda nə etdiyimi bilməmişəm. Hakim 9 il cəza verəndə zarafat olduğunu düşündüm. O vaxtdan vicdan əzabı çəkirəm. Həmin oğlan məni bağışladı. "De gəlsin" verilişinə qatılmışdım. Ağasəlim Çıldaq, Baba Pünhan dedilər ki, get, gələn il götürəcəyik səni. Yaşım az idi deyə götürmədilər".BAKU.WS

Oxşar xəbərlər
Meyxanaçı dustağın etirafı: "Bakıya gedəndə rəis mənə zəng elədi ki..." (VİDEO)
ARB TV-nin "Rezonans" verilişi məhkum Rasim Tağıyevin həbsxana hekayələrini təqdim edir.Rasim Tağıyev (cəzası 9 il ümumi 14 il): "Sənətim meyxanadır. İçkili olu...