Cəlilabadda yaşayış evi yanıb
21
fev
2026
21:21
Cəlilabad rayonunda yaşayış evində yanğın olub.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Buravar kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlər tərəfindən vətəndaşa məxsus ikimərtəbəli yaşayış evində baş vermiş yanğın söndürülüb.
Oxşar xəbərlər
Şəhid anası vəfat etdi
Vətən müharibəsi şəhidi Qəşəm Süleyman oğlu İbrahimlinin anası Gülçöhrə Miriş qızı İsayeva vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" Birl...