Canlı yayımda imamı döydülər - VİDEO

Misirdəki LTC telekanalında məşhur teleaparıcı və şərhçi Mohəmməd Qeytinin "Gedişat" proqramında qalmaqal yaşanıb.
Milli.Az Mansheet-ə istinadən bildirir ki, liberal mövqeyi ilə tanınan Avstraliya müftisi, imam Mustafa Rəşid hicabdan danışırdı.
"Qurani-Kərim hicabı müsəlman qadınlara məcbur buyurmur. Hicab vacibat deyil, fərzdir. Daha doğrusu, ənənənin, adətin simvoludur", - imam Rəşid söyləyib.
Avstraliya müftisinin bu sözləri studiyadakı digər qonağın, hüquqşünas Nabih əl Vəhşin qəzəbinə səbəb olub. Əl Vəhş ayağındakı çəkməsini çıxararaq imamı söyməyə, sonra da döyməyə başlayıb. O, çəkmə ilə imamın başına vurub.
Mustafa Rəşid studiyanı tərk edib, aparıcı Məhəmməd Qeyti isə tamaşaçılardan üzr istəyib.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda Rəşid Behbudovun heykəli ucaldıldı (FOTO)
Bakıda Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun heykəli ucaldılıb. BAKU.WS report-a istinadən bildirir ki, heykəl Rəşid Behbudov adına Dövlət Mah...