Bu rayonda su kəməri partladı - 21 min sakin susuz qaldı
11
iyl
2025
14:25
Kürdəmir rayonunda magistral su kəməri partlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Bəhtamtəpə yolunun 22-ci km-də, boru xəttinin rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, diametri 500 millimetr olan borunun iki metrlik hissəsi partlayıb. Nəticədə 21 min nəfərin su təminatı dayanıb.
Hadisə yerinə Kürdəmir rayon su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.
Oxşar xəbərlər
Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb
Goranboyda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Goran yolu adlanan ərazisində q...