BMW hasara çırpıldı - Sürücü xilas edildi
Sabunçu rayonu, Ceyhun Şərifov küçəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqalədə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BMW" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1962-ci il təvəllüdlü Hüseynov Elçin Əlövsət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Məktəblərdə silahlı hücumlar niyə artır, uşaqlar nəyi demək istəyirlər?
Baku TV-nin "Aktual Gündəm" verilişində məktəblərdə baş verən silahlı hücum hadisələri barədə müzakirə aparılıb. Məktəblərdə silahlı hücumlar niyə artır? Təcrid...