Bir çox ərazidə ağac və kollar qanunsuz kəsilib, təbiətə 191 min manatdan çox ziyan dəyib

Bir çox ərazidə ağac və kollar qanunsuz kəsilib, təbiətə 191 min manatdan çox ziyan dəyib
Foto
Hadisə 72

Bir çox ərazidə ağac və kollar qanunsuz kəsilib, təbiətə 191 min manatdan çox ziyan dəyib.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Dövlət Xidmətinin əməkdaşları son bir həftə ərzində Bakı, Sumqayıt şəhərləri, Hacıqabul, Ucar və Kürdəmir rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi hallarını aşkarlayıb.

Araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 82 ünvanında, Xətai rayonu Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində, Sumqayıt şəhəri Mirzə Ələkbər Sabir küçəsi 28 ünvanında, Hacıqabul rayonu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 82-ci kilometrliyində, Ucar rayonu Şahlıq kəndi və Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 191 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...

98 Hadisə 21:40 19 iyul 2026

Son xəbərlər