Bir ailənin iki üzvü avtomobil qəzasında öldü - VİDEO

Bir ailənin iki üzvü avtomobil qəzasında öldü - VİDEO
Video
Hadisə 1809
Şamaxı şəhərində ağır avtomobil qəzası baş verib.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində "Niva" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.Hadisə nəticəsində "Niva"da olan Şamaxının Quşçu kənd sakinləri, 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil aldığı ağır xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər