Biləsuvarın icra başçısı qalmaqallı şadlıq sarayında iftar süfrəsi təşkil edir

Biləsuvarın icra başçısı qalmaqallı şadlıq sarayında iftar süfrəsi təşkil edir
Foto
Hadisə 141

Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) fiziki şəxs Səbuhi Əlirahim oğlu Muxtarzadə ilə satınalma müqaviləsi imzalayıb.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, müqavilədə iftar süfrəsinin təşkil edilməsi nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri 7 192 manatdır.

Satınalma proseduru bir mənbə metodu ilə həyata keçirilib. Bu baxımdan iftar süfrəsinin neçə nəfər üçün nəzərdə tutulduğu məlum deyil.

Məlumata görə, Səbuhi Muxtarzadə Biləsuvar rayonunun Xırmandalı kəndində fəaliyyət göstərən "Nur" şadlıq sarayının sahibidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ötən il "Nur" şadlıq sarayında yoxlama aparıb.

Yoxlama zamanı şadlıq sarayında texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəx sahəsində havalandırma sisteminin quraşdırılmadığı, işçi masalarının korroziyaya davamlı və paslanmayan materialdan təşkil edilmədiyi, yemək hazırlanan qazanların sanitar-gigiyenik vəziyyətinin tələblərə cavab vermədiyi, mətbəxdə döşəmənin və qida məhsullarının saxlanıldığı soyuducu kameranın tavanının asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, emal sahəsində drenaj sisteminin mövcud olmadığı, qida tullantılarının ağzı kip bağlanan qablara toplanmadığı, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, ictimai iaşə obyektinin mətbəxində işlərin görülməsi və xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

AQTA-nın məlumatında "Nur" şadlıq sarayının insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı qeyd edilib. Obyektdə sağlamlaşdırma işləri aparıldıqdan sonra fəaliyyəti bərpa edilib.

Biləsuvar RİH-in başçısı Faiq Qürbətovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş

Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş

Dünən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batmasıbarədə məlumat daxil...

175 Hadisə 16:44 26 iyul 2026

Son xəbərlər