Biləsuvarda 17 yaşlı yeniyetmə bacısının qaynatasını bıçaqladı
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Həmin kənd sakini, 2008-ci il təvəllüdlü Kənan Abuzərli həmkəndlisi 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqlayıb.
A.Babayev bədəninin müxtəlif nahiyələrinin deşilmiş yaraları ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, təcili əməliyyat blokuna alınaraq cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti qənaətbəxşdir.
Məlumata görə, hadisəni törədən yeniyetmənin bacısı xəsarət yetirdiyi şəxsin gəlinidir. Hadisəyə səbəb kimi ailədaxili münaqişə göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edil...