Biləsuvar sakinini ildırım vurub
16
may
2025
08:36
Biləsuvar rayon sakinini ildırım vurub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1981-ci il təvəllüdlü Ramin Bəşirov əkin sahəsində olan zaman yağış yağıb. Daha sonra o, yağışdan qorunmaq üçün ağac altına sığınıb. Bu zaman R.Bəşirovu ildırım vurub.
Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edil...