Biləcəridə işıqlar yandı
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verən qəza aradan qaldırılıb.
BAKU.WS-in məlumatına görə, qəzadan sonra qəsəbəyə verilən elektrik enerjisinin kəsintisi bərpa edilib. Nəticədə, qaranlığa qərq olan Biləcəri qəsəbəsinin böyük hissəsində işıqlar yanıb.
Qeyd edək ki, son günlər Biləcəri qəsəbəsi ərazisində tez-tez elektrik enerjisinin verilişində fasilələr yaranır.
***22:36
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin böyük bir hissəsində işıqlar sönüb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə qəsəbə sakinləri bildiriblər.
Qeyd edilir ki, hadisəyə qəza səbəb olub.
Belə ki, avtomobil elektrik dirəyinə çırpılıb.
Nəticədə yüksək gərginlikli xətlərin sıradan çıxıb. Hazırda ərazidə təmir bərpa işləri gedir
Oxşar xəbərlər
Bulvarda suya düşən kişi və qadın xilas edilib - ANBAAN GÖRÜNTÜLƏR
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində vətəndaşların dənizdə batma...