Baş Gömrük İdarəsinin sabiq inspektoru azadlığa buraxıldı
Amnistiya aktı Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan sabiq inspektoru Şahin İsgəndərova da şamil edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Şahin İsgəndərov 2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin DGK-nın Aksizli mallar İdarəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilərək 5 il azadlıqdan məhrum olunub.
Sonradan Ali Məhkəmə cəzanı 5 ildən 3 ilə endirmişdi.
Oxşar xəbərlər
Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının NƏŞİ TAPILDI
Ukraynanın Odessa sahilləri yaxınlığında baş verən dron hücumu nəticəsində həlak olan "Atlas Bey" mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşka...