Balet ustası Tamilla Şirəliyeva vəfat edib

Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Hadisə 169

Balet ustası Tamilla Şirəliyeva vəfat edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrından bildirilib.

Məlumat üçün bildirək ki, o, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, T.Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyalarıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş

Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş

Dünən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batmasıbarədə məlumat daxil...

202 Hadisə 16:44 26 iyul 2026

Son xəbərlər