Balakəndə CAMIŞ sahibini öldürüb
16
avq
2025
18:33
Balakəndə camış sahibini öldürüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İtitala kəndində baş verib. Kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.
H.Hüseynova Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin H.Hüseynova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Türkiyədə aktyor evində ölü tapılıb
Türkiyənin İstanbul vilayətində məşhur aktyor Serhat Mustafa Kılıç evində ölü tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata...