Balakəndə 55 yaşlı kişi öz evini yandırıb

Balakən rayonunun Qazma kəndində 55 yaşlı kişi özünə məxsus yaşayış evini yandırıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb.
Kənd sakini Camal Hidayət oğlu Məmmədova məxsus, ikimərtəbəli və 7 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Alovun söndürülməsi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, əsəb xəstəliyindən əziyyət çəkən Camal Məmmədov öz əmlakını qəsdən yandırıb. Onun evdə tək yaşadığı, ailə üzvlərinin isə hazırda Qazaxıstan Respublikasında yaşadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə pol...
