"BakuBus"a məxsus avtobusla "KamAZ" toqquşdu
18
yan
2026
22:17
Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
"BakuBus"a məxsus sərnişin avtobusu ilə "KamAZ" markalı yük maşını toqquşub.
Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...