Bakının "Unudulmuş məhəlləsi" - Sakinlər şikayətçidir

Bakının Unudulmuş məhəlləsi - Sakinlər şikayətçidir
Video
Hadisə 1418

Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 41 ünvanında yaşayan sakinlər məhəllənin baxımsız vəziyyətindən narazıdırlar.

Bu barədə sakinlərdən biri BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.

Şikayətçinin sözlərinə görə, binanın təmiri yarımçıq saxlanılıb. Belə ki, binanın yalnız 6-cı mərtəbəsinə qədər boyanma işləri aparılıb, qalan mərtəbələr isə uzun müddətdir yarımçıq qalıb.

Bundan başqa, binanın zirzəmisinə mütəmadi olaraq çirkab sular yığılır. Qurumlar tərəfindən su çəkilsə də, pis qoxu uzun müddət ərazidə qalır və sakinlərin narahatlığına səbəb olur.

Sakinlər həmçinin qeyd ediblər ki, məhəllə ərazisi taxta parçaları, zibillər və tikinti qalıqları ilə doludur.

Sakinlər məsul qurumlardan məhəllənin abadlaşdırılması, zirzəmidəki kanalizasiya probleminin aradan qaldırılması və yarımçıq təmir işlərinin davam etdirilməsini xahiş edirlər.

Ərazidən kadrları təqdim edirik:

Son xəbərlər