Bakının üç rayonunda əməliyyat: Oğurluq edənlər saxlanıldılar

Bakıda oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi və Səbail rayonlarında marketlərdən silsilə oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən 31 yaşlı N.Mulakin və bir qadın müəyyən olunaraq saxlanılıblar.
Binəqədi rayonu ərazisində daha bir oğurluq hadisəsi isə Ə.Naxçıvani küçəsində qeydə alınıb. Bir nəfərin içərisində sənədlər və bank kartları olan çantasını oğurlayan 23 yaşlı qadın tutulub.
Paytaxtın Qaradağ rayonunda isə evlərin birindən 625 manatlıq naqil oğurlayan, əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Abşeronda iki ev tamamilə yanıb, xəsarət alan var
Abşeron rayonun Hökməli qəsəbəsində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hal...
