Bakının mərkəzində yanğın
06
dek
2024
15:40
Bakıda yanğın baş verib.
FHN Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yardımçı tikilidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Oxşar xəbərlər
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
Tərtər rayonunda taksi fəaliyyəti ilə məşğul olan kişi həyat yoldaşını döyüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş ve...