Bakının Ağ Şəhər ərazisində kütləvi ağac kəsimi: Saxlanılanlar var
Bakının Ağ Şəhər ərazisində ağacları kütləvi şəkildə kəsiblər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə bir gecədə kütləvi ağac kəsimi qeydə alınıb.
"Bir gecənin içində bu boyda ərazidə olan ağacları məhv etdilər. Heç bir qurum tədbir görməyib".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Ağ Şəhər ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb.
"Müvafiq rəy olmadan ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aidiyyəti üzrə ekspertizalar təyin edilib", - deyə məlumatda bildirilir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu verilib.
Qalereya
Oxşar xəbərlər
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Pərişan Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə...