Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb

Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb
Hadisə 5

Avqustun 11-i günorta saatlarında Bakıdan Yekaterinburqa uçmalı olan "Red Wings" aviaşirkətinin WZ-1154 reysinin sərnişinləri hələ də Azərbaycandadırlar. Sərnişinlər mehmanxanaya yerləşdirilib, lakin uçuş vaxtı mütəmadi olaraq təxirə salınır.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə E1.ru məlumat yayıb.

"Uçuş hələ dünən saat 15:50-də baş tutmalı idi. Reysləri saat 23:05-ə, 23:45-ə, sonra 00:30-a keçirdilər, daha sonra isə reysin ləğv olunduğunu bildirdilər. Bu gün səhərdən də uçuş vaxtı dəyişib, sonra yenidən hər şeyi ləğv etdilər. Dedilər ki, guya təyyarə xarab olub", - deyə sərnişinlərdən biri bildirib.

"Red Wings" aviaşirkətindən isə cavab verilib ki, uçuş təyyarə hazır olan kimi həyata keçiriləcək. Gecikmə texniki səbəblə izah olunub.

"Hazırda mütəxəssislərimiz laynerin komponentlərindən birini dəyişirlər. Biz dərhal bütün sərnişinləri mehmanxanada yerləşdirmişik və aviaşirkətin hesabına qida ilə təmin etmişik. Layner uçuşa hazır olan kimi reys dərhal yerinə yetiriləcək - "Red Wings" bunun üçün mümkün olan hər şeyi edir. Sərnişinlərdən gecikmə səbəblərinə anlayışla yanaşmalarını xahiş edirik. Uçuşların və sərnişinlərin təhlükəsizliyi aviaşirkətin mütləq prioritetidir", - deyə "Red Wings"in mətbuat xidmətindən məlumat verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər