Bakıda zavodun liftində faciə - Ölən var
26
iyl
2025
13:00
Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb.
Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev "Çinar" soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb.
Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, sözügedən zavod Müzəffər Nərimanov küçəsində yerləşir.
Oxşar xəbərlər
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeyd...