Bakıda yolu kəçmək istəyən qadını maşın vurdu, dava düşdü
"Sentyabrın 4-də paytaxtın Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsindən qaynaqlanan insident barədə polisə məlumat daxil olub".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
Onun sözlərinə görə, aparılan araşdırmalarla "Toyota" markalı avtomobilin sürücüsünün piyadanı vurması, daha sonra isə sürücü və piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranması müəyyənləşdirilib:
"Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir".
Orxan Hüseyn
***11:50
Bakıda avtomobil yolu ilə hərəkət edən piyadalardan birini maşın vurub.
BAKU.WS-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdən məlum olur ki, piyada zolağı ilə hərəkət etməyən qadını avtomobil vurub. Bundan sonra qadının yanındakı şəxs avtomobili idarə edən sürücüyə hücum çəkib və onunla əlbəyaxa dava çıxıb.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Ukraynadakı azərbaycanlılar partlayışların episentrində: "Hər tərəfdə xaos var"
Son günlər Ukraynada yenidən alovlanan müharibə səbəbindən ölkədə yaşayan azərbaycanlılar da zərər görür. Həmyerlilərimiz Ukraynanın müxtəlif vilayətlərində və...