Bakıda SSRİ bayrağı qaldıranlar barədə həbs qətimkan tədbiri seçilib

Bakıda SSRİ bayrağı qaldıranlar barədə həbs qətimkan tədbiri seçilib
Hadisə 220

Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

BAKU.WS xəbər verir ki, istintaq orqanın təqdimatı əsasında Nizami rayon Məhkəməsində bu barədə qərar qəbul edilib.

Qərara əsasən, Abdulla İbrahimli, İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi

Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi

Şəmkir rayonunda küçədə ictimai qaydanı pozan və söyüş söyən şəxs həbs olunub. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində, mərkə...

57 Hadisə 23:36 10 yanvar 2026

Son xəbərlər