Bakıda sərxoş vəziyyətdə "Formula-1" yoluna çıxan şəxs həbs edildi
Bakıda spirtli içki qəbul edib "Formula-1" yarışının keçirildiyi yola çıxan şəxs həbs edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Cəlal Quliyev (adı və soyadı şərtidir) metronun "Sahil" stansiyası yaxınlığındakı yolda hərəkətin məhdudlaşdırıldığını görüb. O, ərazidə xidmət aparan Daxili Qoşunların (DQ) əməkdaşlarına yaxınlaşaraq, həmin yolla hərəkət etmək istədiyini bildirib, yolda hərəkətin məhdudlaşdırılmasına etiraz edib. DQ əməkdaşları onunla söhbət apararaq yolun "Formula-1" Qran-prisi ilə bağlı bağlanıldığını desələr də, sərxoş şəxs onlara məhəl qoymayıb. O, ərazidə xidmət aparan şəxslərə müqavimət göstərib.
Polis əməkdaşları tərəfindən C.Quliyev saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə C.Quliyev 30 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Bakıda avtomobilə hücum edən qadın barədə DİN-dən AÇIQLAMA
Bakıda Hövsan qəsəbəsində avtomobilə hücum çəkən qadın polis şöbsinə çağırılaraq, barəsində protokol tərtib edilib. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətini...