Bakıda restorandan çıxan kişini avtomobil VURDU
27
noy
2024
08:10
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Salyan şosesində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Qurban İdris oğlu Nəcəfov restoranların birindən çıxıb yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti kritikdir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır
Oxşar xəbərlər
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili döv...