Bakıda restoranda dava: Aşpaz müştərini döydü
Bakıda restoranda dava düşüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 62 ünvanında fəaliyyət göstərən restoranlardan birində baş verib.
Əli tanış olduğu qadınla müştəri qismində restorana gəlib və orada yeyib-içiblər. Bir müddətdən sonra Əli ilə həmin xanım arasında mübahisə yaranıb.
Mübahisəni görən restoranın aşpazı Əhmədəli Əliyev (soyad şərtidir) söhbətə müdaxilə edərək Əlini vurub. Mübahisə qızışıb və nəticədə restoranın icarədarı və digər şəxslər birləşərək Əlini döyüb, ona müxtəlif bədən xəsarətləri yetiriblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Ə.Əliyev xuliqanlıqda təqsirləndirilib, ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və elektron nəzarət qolbağı tətbiq olunub.
Oxşar xəbərlər
Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial m...