Bakıda qurumuş ağacın budaqları avtomobilin üzərinə aşıb
17
iyl
2026
23:12
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ağac budaqları avtomobillərin üzərinə düşüb. Nəticədə maşınlara zərər dəyib.
Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Qeyd ediblər ki, S.Mehmandarov küçəsində əkilən ağaclara vaxtında qulluq edilmir. Nəticədə ağaclar quruyur və qırılırlar.
"Dəfələrlə belə hadisələr olub. Bu gün də ağacın qurumuş budaqları qırılıb və avtomobillərin üstünə düşüb. Maşınlara ziyan dəyib. Sığorta dəyən zərəri ödəmir. Heç kim də, məsuliyyəti öz üzərinə götürmür", - deyə şikayətçi bildirib.
Oxşar xəbərlər
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-...