Bakıda qırmızı işıqda keçən taksi qəza törətdi - VİDEO

29
dek
2019
12:36
Bakıda iki avtomobilin yolayrıcında toqquşması ilə nəticələnən qəza anı kameraya düşüb.
BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov və Səməd Vurğun küçələrinin kəsişməsində baş verib.
Qəzaya səbəb Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında keçməsi olub.
Belə ki, Hənifə Ələsgərov küçəsindən Səməd Vurğun küçəsinə çıxan digər "Mercedes" sürücüsü qarşısına çıxan eyni markalı avtomobilə dəyib.
Qeyd edək ki, hər iki avtomobil taksi fəaliyyəti ilə məşğul olur.
Oxşar xəbərlər
Bakıda taksi motosikletlə belə toqquşdu - ANBAAN VİDEO
Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə Fizuli küçəsi ilə Bülbül prospektinin kəsişməsində, H...
