Bakıda qırılan budaq qadının üzərinə düşdü
Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.
BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, ötən gün sınan budaqlardan biri küçədə piyada hərəkət edən qadının üzərinə düşüb.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin dünən yaydığı məlumata görə, güclü küləyin təsiri nəticəsində qırılan budağın altında qalan şəxs nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.
Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Oxşar xəbərlər
"Mən özüm iki uşaq atasıyam": "Yango" sürücüsü doğuş sancıları başlayan qadını Binə qəsəbəsindən təcili xəstəxanaya çatdırıb
"Yango" xidmətinin sürücü-tərəfdaşı üçün adi iş günü əsl xilasetmə əməliyyatına çevrilib. Sürücünün təmkinli davranışı, ata təcrübəsi və peşəkarlığı sayəsində d...