Bakıda qəbiristanlıqda qanlı olay: Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU
Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Y.M. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib. Yetkinlik yaşına çatmayan H.Q.-nin aldığı xəsarətlər nəticəsində müalicə olunduğu xəstəxanada vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan Y.M.-nin aralarında yaranmış mübahisə zamanı bıçaqla H.Q.-in bud nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Sadıq Sadıqov vəfat etdi
"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, funksioner 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri...