Bakıda polis bölməsində şəhid ailəsinin döyülməsi xəbərinə - RƏSMİ AÇIQLAMA

Bakıda polis bölməsində şəhid ailəsinin döyülməsi xəbərinə - RƏSMİ AÇIQLAMA
Hadisə 956
Sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı sübutsuz, ziddiyyətlərlə dolu qərəzli məlumat xarakterli videogörüntülər yayılıb.Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yayılıb.İddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır.Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddialları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır.İyulun 6-da A.Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilmişdir.Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş C.Cahangirovun anası 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib.Həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirmişdir.Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirmiş və qol saatını sındırmışdır.Faktla bağlı toplanmış matreallar Xətai rayon Prokurorluğuna göndərilmişdir.Oğurluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

Vəkilin polis şöbəsində döyülməsi ilə bağlı AÇIQLAMA

Vəkilin polis şöbəsində döyülməsi ilə bağlı AÇIQLAMA

Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində təzyiqə məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayı...

1639 Hadisə 15:16 01 iyun 2019

Son xəbərlər