Bakıda piyadanı döyən "BakuBus" sürücüsü cəzalandırıldı

Bakıda avtobus sürücüsünün piyadanı döyməsinə rəsmi münasibət bildirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a danışan "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva baş verən faktı təsdiqləyib.
O qeyd edib ki, insident ötən gün, saat 19:30-da "BakuBus" MMC-nin istismarında olan 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-JY-786 dövlət qeydiyyat nişanlı avtobusda sürücü ilə piyada arasında baş verib.
"Video-müşahidə kameralarının görüntülərinin təhlili nəticəsində müəyyən olunub ki, avtobus sürücüsü Əsgərov Babək piyada keçidində piyadanın keçidinə üstünlük verməyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, piyadanın irad bildirməsi zamanı isə aralarında xoşagəlməz mübahisə yaranıb.
"Sözügedən hadisə ilə bağlı avtobusun sürücü Əsgərov Babəkin əmək fəaliyyətinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsi barədə qərar qəbul edilib.
Bir məsələyə də aydınlıq gətirmək istərdim ki, bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların əksinə olaraq, bu hadisədə iştirak edən sürücü daha əvvəl yol-nəqliyyat hadisəsi törətmiş şəxs deyil.
Həmin hadisə zamanı ictimaiyyətə verilən açıqlamada da qeyd olunduğu kimi, hadisənin iştirakçısı sürücü Ramin Təhməzov olub",-deyə Ə. Əliyeva vurğulayıb.
Qurum rəsmisi onu da diqqətə çatdırıb ki, "BakuBus" MMC-də hər gün səhər reysə çıxmazdan əvvəl sürücülərə nəqliyyat vasitəsini idarə etmək üçün "Yol vərəqəsi" təqdim olunur.
"Yol vərəqəsində sürücünün idarə edəcəyi avtobusun dövlət qeydiyyat nişanı qeyd olunur. Hazırda baş vermiş hadisə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır. "BakuBus" MMC olaraq yaşanan insidentə görə sərnişinlərimizdən üzr istəyir və belə hallarla qarşılaşdıqda dərhal bizə məlumat vermələrini xahiş edirik", - deyə Ə. Əliyeva bildirib.
*** 02:12
Bakıda avtobus sürücüsü piyadanı döyüb.
BAKU.WS xəbər verir ki, "BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb.
Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.
Mübahisəyə səbəb isə avtobus sürücüsünün piyada zolağında olan sərnişinə yol verməməsi olub.
Qeyd edək ki, "BakuBus" MMC-yə məxsus marşrut bu ilin mart ayında qəza törədib.
Nəqliyyat vasitəsini idarə edən sürücü Ramin Təhməzov avtobusu hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında park halında olan avtomobillərə çırpıb.

Oxşar xəbərlər
Hoteli əxlaqsızlıq yuvasına çevirən qadın CƏZALANDIRILDI
Astara şəhərində yerləşən "Panorama" hotel-restoranda əxlaqsızlıq yuvası təşkil edən qadın cinayət məsuliyyətinə cəlb edilib. BAKU.WS qafqazinfo-ya istinadən xə...