Bakıda piyada məsuliyyətsizliyi motosikletçinin qəzaya düşməsi ilə nəticələndi

Bakıda piyada məsuliyyətsizliyi motosikletçinin qəzaya düşməsi ilə nəticələndi
Video
Hadisə 65

Ötən gün Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib. Motosikletçi piyadaların həyatını xilas etmək üçün özünü təhlükəyə ataraq qəzaya düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib.

Qurum rəsmisi sosial şəbəkə hesabında qeyd edib ki, hadisə Dövlət Bayrağı Meydanı istiqamətində yaşanıb. 3 piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən istifadə edir və motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılıb.

Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb. Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər.

Əraziyə yaxın xidmətdə olan polis əməkdaşları dərhal hadisə yerinə gələrək sürücüyə ilkin yardım göstərib, daha sonra o, təcili tibbi yardım avtomobili ilə tibb müəssisəsinə çatdırılıb. Ömər Xıdırov onu da vurğulayıb ki, yollarda hər bir hərəkət iştirakçısı məsuliyyət daşıyır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər