Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən kiberdələduz saxlanılıb

Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən kiberdələduz saxlanılıb
Foto
Hadisə 250

Bir qrup şəxs Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbəri kimi qələmə verən Rüfət adlı şəxsin internet üzərindən alqı-satqı etmək istiqamətində təlim kursu keçmək vədi ilə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etdiyini bildiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Həmin şəxs - 27 yaşlı Rüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü instaqram sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim edib və şəbəkə hesabında çəkdiyi videolarda "Shopify" platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil etdiyini bildirib. Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub.

Həmçinin müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin notbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

R.Şirəliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən kiberdələduz saxlanılıb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıb

Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıb

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlum...

14 Hadisə 10:10 06 iyun 2026

Son xəbərlər