Bakıda məşhur avtosalonların sahibi həbs edildi
Bakı şəhərində fəaliyyət göstərən məşhur "Dubai Cars" avtosalonlarının sahibi həbs edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Zaur Həşimov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşlardan daxil olan şikayətlər əsasında tutulub. Z.Həşimov zərərçəkənlərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur.
Onun əməlləri üzrə toplanan materiallar əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Z.Həşimovun saxlanılması faktı təsdiq edilib. Əlavə olaraq bildirilib ki, həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Oxşar xəbərlər
Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib
Oktyabrın 20-də Qax rayonu Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş...