Bakıda mağazanın kassasından pul oğurlayan yeniyetmə axtarılır
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmənin şəxsiyyəti müəyyən edilib.
Saxlanılması istiqamətində tədbirlər görülür.
***26.09.2024 22:44
Bakının Səbail rayonu ərazisində mağazadan pul oğurlanıb.
Bu barədə mağaza sahibi Vüqar Orucov BAKU.WS-in "qaynar xətti"nə şikayətində bildirib.
Onun sözlərinə görə, Üzeyir Hacıbəyov 13B ünvanında yerləşən geyim mağazasına bir şəxs daxil olub. O, satıcının fikrini yayındıraraq kassadan pul oğurlayıb.
Onun görüntüləri müşahidə kamerasına düşüb.
Mağaza sahibi oğurluq barədə Səbail rayon Polis İdarəsi 39-cu Polid Bölməsinə müraciət ediblər.
Oxşar xəbərlər
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, q...