Bakıda kişi küçədə qəfil vəfat edib
Bakıda küçədə qəfil vəfat edən şəxs 63 yaşlı kişi olub.
Bu barədə məlumat TƏBİB-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 07.02.2025-ci il tarixində saat 09:50-də Xətai rayonu ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
***10:55
Bakıda kişi küçədə qəfil vəfat edib.
Bu barədə iddia BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ətrafdakılar Təcili Tibbi Yardım çağırıblar. Həmin şəxsin kimliyi haqqında heç bir məlumat yoxdur.
Hadisə yerindən görüntləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda 13 yaşlı qızın ölümü ilə nəticələnən AĞIR QƏZA
Bu gün saat 15 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində faciəli yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Po...