Bakıda avtobusdan istifadə edən sərnişinləri narahat edən məsələ ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu smart dayanacaqda baş verən nasazlıq haqda məlumatlıyıq.
Bu barədə BAKU.WS-in sualına cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilən ünvanda nasazlıq tez bir zamanda aradan qaldırılacaq.
***15:13
Bakının Yasamal rayonunda sərnişinlərin avtobus gözləmələri üçün quraşdırılan dayanacağın sensor sistemi xarab olub və qapısı açılmır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, söhbət Elmlər Akademiyası metrostansiyanın qarşısında quraşdırılmış, kondisionerli və monitorlu dayanacaqdan gedir. Burada havanın istisindən sərinləmək istəyən sərnişinlər dayanacağın faydalarından yararlana bilmirlər.
Bu da xəstə və yaşlı sərnişinlər üçün çətinlik yaradır. Ümid edirik ki, problem qısa zamanda öz həllini tapar.
Oxşar xəbərlər
Əməkdar jurnalist vəfat etdi
Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, publisist, dramaturq Qərib Mehdi 90 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə şairin qələm dostla...